DÜNYA

23 Mart

Türkiyədə işsizlik səviyyəsi azalıb

Türkiyədə ötən il işsizlik səviyyəsi 1,1% bəndi azalaraq 12% olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.

Məlumata görə, 15 yaşdan yuxarı işsizlərin sayı 2020-ci ilə nisbətən 121 min nəfər azalaraq 3 milyon 919 min nəfər təşkil edib.

İşsizlik nisbəti kişilər üçün 10,7%, qadınlar üçün 14,7% səviyyəsində olub.