Fins.az-ın son saatda aldığı məlumata görə Fransa Prezidenti ölkədə ərzaq çeklərinin tətbiqini istisna etmir. Prezident Makronun sözlərinə görə, Ukraynadakı münaqişə qlobal ərzaq böhranına səbəb ola bilər. Çek tətbiqetməklə Makron ehtiyacı olan fransızlara dəstək olmaq istədiyini bildirib.
O qeyd edib ki, ərzaq qiymətlərinin artması səbəbindən ehtiyacı olan ailələr üçün ərzaq çekləri tətbiq etməyi düşünür. Prezident bu fikrini “France Bleu” telekanalının efirində açıqlayıb.
“Mən yoxsul ailələrə və orta təbəqəyə bu yeni böhranın öhdəsindən gəlməyə kömək etmək üçün ərzaq çekləri [proqramı] yaratmaq istəyirəm”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, iki əsas kənd təsərrüfatı məhsulu ixracatçısı olan Rusiya və Ukrayna arasında münaqişə və enerji qiymətlərinin artması qlobal ərzaq böhranına səbəb ola bilər. Makron bildirib ki, Fransa bu vəziyyətə Avropadan “koordinasiyalı cavab” almağa çalışacaq.
Martın ortalarında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş iqtisadçısı Maksimo Torero Ukraynadakı hərbi əməliyyatlar səbəbindən kənd təsərrüfatı məhsullarının tədarükündə fasilələr yarandığı üçün qlobal böhranın yarana biləcəyi barədə xəbərdarlıq edib. “Artıq ərzaq qiymətləri ilə bağlı problemlərimiz var idi. Ölkələrin indi etdikləri bunu daha da şiddətləndirir və müharibə bizi elə vəziyyətə gətirib ki, oradan ərzaq böhranına düşmək çox asandır”.