DÜNYA

22 Mart

Rusiyada enerji istehlakı 2,2% artıb

Rusiyada temperatur amili nəzərə alınmadan elektrik enerjisi istehlakı martın əvvəlindən ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% artıb.

Fins.az xəbər verir ki, bu barədə Rusiya energetika nazirinin müavini Yevgeni Qrabçak açıqlayıb.

“Yaxın illərdə Rusiyada enerji istehlakı temperaturu nəzərə almasaq, davamlı olaraq ildə 1-1,5% artacaq”, - o, bildirib.

Əlavə edək ki, ötən ilin sonunda Rusiyada enerji istehlakı illik ifadədə 5,4% artaraq 1,107 trilyon kilovatsaata, istehsal isə 6% artaraq 1,131 trilyon kilovatsaata çatıb.