DÜNYA

22 Mart

Gürcüstanın xarici ticarət dövriyyəsi 49% artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi bu ilin yanvar-fevral aylarında ötən ilin ilk iki ayı ilə müqayisədə 49,3% artaraq 2,5 milyard dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti “Sakstat” məlumat yayıb.

Məlumata görə, Gürcüstanın ərzaq ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,5% artaraq 760,4 milyon dollara yüksəlib.

Eyni zamanda ölkəyə 1,8 milyard dollarlıq məhsul idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,2% çoxdur.

Əlavə edək ki, bu ilin əvvəlindən Gürcüstanın mənfi ticarət saldosu 1,021 milyon dollar təşkil edib ki, bu da ötən ilin iki ayının analoji göstəricisindən 41,8% çoxdur.