DÜNYA

22 Mart

Türkiyənin BƏƏ-yə ixracı 52,4% artıb

Türkiyənin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixracı yanvar ayı ilə müqayisədə 52,4% artıb.

Fins.az  istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın fevral ayında BƏƏ-yə səfəri iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayıb. 

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə , Türkiyənin fevral ayında BƏƏ-yə ixracı 303 milyon 242 min dollar dəyərində olub. 

Əlavə edək ki, bu ölkəyə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə isə 29,1% artıb.

 

© TRT Haber