DÜNYA

22 Mart

Yaponiyanın ən böyük enerji şirkəti Rusiyadan neft alışını dayandırıb

Yaponiyanın ən böyük neft-qaz korporasiyası olan “Eneos” Rusiyadan xam neft alışını dayandırıb.

Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, “Eneos”un Rusiya ilə fevral ayından əvvəl imzalanan müqaviləsinə əsasən Rusiya neftinin maliyyə hesablaşmaları və daşınma ilə bağlı heç bir problem olmadan aprel ayına qədər Yaponiyaya çatacağı gözlənilir.