Onlayn serial və film izləmə platforması “Netflix” son üç il ərzində Yaponiyada təxminən 1,2 milyard yen (indiki məzənnə ilə təxminən 10 milyon dollar) olan vergi borcunu ödəməyib.
Fins.az xəbər verir ki , bu barədə Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.
Əlavə edək ki, “Netflix” Yaponiyada 2007-ci ildən fəaliyyət göstərir, ölkədə 5 milyona yaxın insana xidmət göstərir.