DÜNYA

22 Mart

"Nike"ın mənfəəti və gəliri azalıb

ABŞ-ın idman malları istehsalçısı “Nike”ın üçüncü maliyyə rübündə gəliri və mənfəəti azalıb.

Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, ötən ilin fevralın 28-də başa çatan rüb üzrə xalis gəlir 1,4 milyard dollara və ya hər səhmə görə 0,87 dollara qədər azalıb.

Əlavə edək ki, geyim satışından əldə olunan gəlir 9% artaraq 3,23 milyard dollara, ayaqqabı satışından isə 2% artaraq 6,66 milyard dollara çatıb.