“SP Global Ratings” (“SP”) beynəlxalq reytinq agentliyi 2022-ci il aprelin 15-dək bütün Rusiya şirkətlərinin reytinqlərinin ləğv ediləcəyini elan edib.
Fins.az-n verdiyi xəbərə görə, bu barədə Rusiya mətbuatı “SP”-yə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu qərar Avropa İttifaqı tərəfindən Rusiyada hüquqi şəxslərə, təşkilatlara və qurumlara kredit reytinqinin verilməsinə qadağa qoyulmasından sonra verilib.
Xatırladaq ki, bu ilin martın 9-da “SP” Rusiyada kommersiya fəaliyyətini dayandırdığını elan edib.