“Avropa İttifaqına üzv ölkələrin hərbi xərcləri hazırda təxminən 200 milyard avro təşkil edir ki, bu da Rusiyanın müdafiə xərclərindən dörd dəfə çoxdur”.
Fins.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borrel açıqlayıb.
"Bizim xərclərimiz Rusiyanın xərclərindən dörd dəfə çoxdur, amma bu, bizim üçün kifayət deyil”, - Borrel vurğulayıb.
Onun sözlərinə görə, Avropa təhlükə altında olduğu üçün Aİ ölkələri müdafiə xərclərini artırmalıdırlar.