İran Hindistana Hindistan rupisi müqabilində xam neft və təbii qaz tədarük etməklə enerji ehtiyacını ödəməyi təklif edib.
Fins.az xəbər verir ki, bu barədə İranın Hindistandakı səfiri Əli Çeqenin bildirib.
Onun sözlərinə görə, bu, üçüncü tərəflərin vasitəçiliyindən qaçmağa və ticarət dövriyyəsini 30 milyard dollara çatdırmağa imkan verəcək: "İran Hindistanın enerji təhlükəsizliyinə töhfə verməyə və Hindistan rupisi müqabilində ona xam neft-qaz satmağa hazırdır. İran yenidən Hindistanın ən böyük neft tədarükçülərindən birinə çevrilmək niyyətindədir".
Əlavə edək ki, Hindistan hazırda İrandan karbamid, neft-kimya və ərzaq məhsulları idxal edir.
© The Economic Times