DÜNYA

21 Mart

Rusiya Instagram və Facebook-u qadağan etdi

Moskvanın Tverskoy məhkəməsi “Meta Platforms”a məxsus “Instagram” və “Facebook” sosial şəbəkələrinin fəaliyyətini ekstremist kimi tanıyıb və Rusiyada fəaliyyətini qadağan edib.

"Fins.az" xəbər verir ki, bazar ertəsi Moskvanın Tverskoy məhkəməsi “Meta Platforms”a məxsus “Instagram” və “Facebook” sosial şəbəkələrinin fəaliyyətini ekstremist kimi tanıyıb və Rusiyada fəaliyyətini qadağan edib.

“Meta” şirkətinin fəaliyyətinin qadağan edilməsi ilə bağlı Baş Prokurorluğun iddiaları təmin edilsin”, - hakim Olqa Solopova hökmü elan edib.

Hakimin qeyd etdiyi kimi, qadağa qərarı dərhal qüvvəyə minir.

Prokurorun daha əvvəl izah etdiyi kimi, tələblər Meta-ya məxsus WhatsApp messencerinə şamil edilmir. Bundan əlavə, vətəndaşlar və təşkilatlar “Facebook” və “Instagram”dan istifadə etdiklərinə görə ekstremizmə görə məsuliyyət daşımayacaqlar. “Meta-nın məhsullarından fiziki və hüquqi şəxslər tərəfindən istifadə edilməsi ekstremist fəaliyyətdə iştirak kimi qiymətləndirilməməlidir”, - deyə prokurorluğun nümayəndəsi izah edib. “Fiziki şəxslər yalnız Meta xidmətlərindən istifadə etdiklərinə görə məsuliyyət daşımayacaqlar”, -deyə o əlavə edib.