DÜNYA

19 Mart

Özbəkistanın qızıl-valyuta ehtiyatları artıb

Özbəkistanın martın 1-də ehtiyat qızıl aktivləri fevralın 1-i ilə müqayisədə 935 milyon artaraq 35,36 milyard dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, ehtiyatlardakı qızılın dəyəri isə 50,4 milyon dollar azalaraq 20,72 milyard dollar olub.

Əlavə edək ki, fevralda Özbəkistanın valyuta ehtiyatları 983,2 milyon dollar artaraq 13,52 milyard dollar təşkil edib.