DÜNYA

19 Mart

Aİ rusiyalı oliqarxların dondurulmuş aktivlərini Ukraynanın bərpasına yönəldə bilər

Avropa İttifaqı (Aİ) siyasətçiləri ən böyük rusiyalı sahibkarların dondurulmuş aktivlərindən Ukraynanın infrastrukturunun bərpası üçün işlərin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirirlər.

Fins.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Məlumata görə, hələlik konkret qərarlar qəbul edilməyib.

Bildirilib ki, müharibə təzminatlarının ödənilməsi üçün aktivlərdən istifadə variantlardan biri kimi nəzərdən keçirilir.