Tacikistanda bu ilin yanvar-fevral aylarında sənaye istehsalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% artıb. Artım 484,3 milyon dollardan çox olub.
Fins.az xəbər verir ki, bu barədə ölkənin Sənaye və Yeni Texnologiyalar Nazirliyi məlumat yayıb.
Məlumata görə, mədənçıxarma sənayesində 19,5%, emal sənayesində isə 18,9% artım olub.
Əlavə edək ki, ölkədə ilin əvvəlindən 3,7 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib.
© Sputnik Tacikistan