DÜNYA

18 Mart

Avropa İttifaqının ticarət kəsiri 36 milyard avroya çatıb

Avropa İttifaqının (Aİ) bu ilin yanvar ayında xarici ticarət kəsiri 36 milyard avro təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Avropa Statistika Təşkilatı  (Eurostat) məlumat açıqlayıb.

Məlumata görə, Aİ-nin bu ilin yanvar ayında ixracı 19,6% artaraq 178,2 milyard avroya, idxalı isə 52,4% artaraq 214,2 milyard avroya yüksəlib.

Həmin dövrdə Aİ-dən ən çox idxal edən ölkələr 35,4 mlrd. avro ilə ABŞ, 23,3 mlrd. avro ilə İngiltərə, 16,2 mlrd. avro ilə Çin, 12,9 mlrd. avro ilə İsveçrə, 7,1 mlrd. avro ilə Rusiya və 6,4 mlrd. avro ilə Türkiyə olub.

Aİ ölkələrinə ən çox ixrac edən ölkələr 50 mlrd. avro ilə Çin, 21,8 mlrd. avro ilə ABŞ, 19 mlrd. avro ilə Rusiya, 13,8 mlrd. avro ilə İngiltərə, 10,3 mlrd. avro ilə İsveçrə və Norveç, 8 mlrd. avro ilə Türkiyə olub.