ABŞ-ın Ricketts Ailəsi ilə Citadel Asset Management-in sahibi Ken Qriffin “Çelsi” futbol klubuna birgə təklif verəcəkləri bildirilib.
"Fins.az"-ın məlumatına görə,Sky News xəbər verir ki, Chicago Cubs-un sahibi Ricketts Ailəsi və Citadel Asset Management-in sahibi Ken Griffin cümə günü Chelsea futbol klubuna birgə təklif verəcəklər.
Konsorsiumun sözçüsü Sky News-a bildirib ki, Ricketts Ailəsi kluba təklif vermək üçün investisiya qrupuna rəhbərlik edə bilər. Mətbuat katibi əlavə edib ki, yaxın günlərdə daha ətraflı məlumat paylaşılacaq.
“Çelsi” klubunun sahibi, məşhur rusiyalı milyarder Roman Abramoviç sanksiyaların elan olunmasından sonra martın əvvəlində klubu satışa çıxardığını açıqlayıb. Davam edən prosesdə Britaniya yeni sanksiya paketinə Roman Abramoviçi də əlavə edərək, məşhur milyarderin ölkədəki bütün var-dövlətinin müsadirə olunduğunu açıqlayıb.