Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, "Xəzinədarlığın faiz dəstəkli kreditlərinin yuxarı həddini artırırıq. Beləliklə, fermerlərimizin maliyyəyə çıxışını asanlaşdırırıq,"-deyə bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.
Ərdoğan buradakı çıxışında "Xarici işlər nazirimizi bu gün Rusiyaya göndərirəm. Sabah Moskvada danışıqlar aparacaq, cümə axşamı Ukraynaya gedəcək,"- deyə qeyd edib.
Ərdoğan fermerlərə açıqlamasında "830 min hektar ərazinin daha müasir sistemlərlə suvarılmasını təmin etməklə, istehsalçılarımıza illik təxminən 41 milyard lirəlik gəlir artımına nail olacağıq. Biz təmin edəcəyimiz maliyyə imkanları,xəzinədarlığın faiz dəstəkli kreditlərinin yuxarı həddini artırırıq. Beləliklə, fermerlərimizin maliyyəyə çıxışını asanlaşdırırıq,"-deyə bildirib.