Rusiya baş nazirinin müavini Tatyana Abramçenko ölkədə heç bir məhsulun tədarükü ilə bağlı problem olmadığını, Türkiyə də daxil olmaqla, xarici ölkələrdən müxtəlif məhsulların idxalını artırdıqlarını bildirib.
"Fins.az" xəbər verir ki, Abramçenko, verdiyi yazılı açıqlamada, sanksiyalara görə ölkədə bəzi məhsulların tədarükündə problemlər ola biləcəyi ilə bağlı şərhləri dəyərləndirib.
Rusiyanın da əsas ərzaq məhsulları və idxalını artırdığını qeyd edən Abramçenko, “Gələcəyə hesablanmış alışlar edərək süni şəkildə tələbi artırmağa ehtiyac yoxdur. Kənardan gələn iqtisadi təzyiqlər səbəbindən tədarük problemi üçün heç bir ilkin şərt yoxdur,"-deyə bildirib.