Yeni Zelandiya Ukrayna vətəndaşlarına dəstək və humanitar yardım üçün 8 milyon Yeni Zelandiya dolları (5,3 milyon dollar) ayıracaq.
Fins.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Nanaiya Mahuta bildirib.
"Yeni Zelandiya Ukrayna icmalarını dəstəkləmək üçün əlavə 4 milyon Yeni Zelandiya dolları (2,7 milyon dollar) ayıracaq. Bu paket əvvəllər ayrılmış 2 milyon Yeni Zelandiya dollarına (1,3 milyon dollar) əlavə olacaq", – deyə Makhuta açıqlayıb.
Nazir həmçinin vurğulayıb ki, Ukraynaya humanitar yardım göstərmək üçün BMT-yə daha iki maliyyə paketi (hər biri 2 milyon Yeni Zelandiya dolları məbləğində) göndəriləcək. Bununla da Yeni Zelandiyanın Ukraynaya yardım kimi göndərdiyi vəsaitin ümumi məbləği 2 milyondan 10 milyon Yeni Zelandiya dollarına yüksələcək.