DÜNYA

14 Mart

Uber ABŞ-da müvəqqəti olaraq hər gediş üçün əlavə ödəniş tətbiq edir

Amerikanın taksi və qida çatdırılması xidmətləri operatoru olan Uber Technologies, avtomobil yanacağının bahalaşması ilə əlaqədar martın 16-dan etibarən ABŞ-dakı müştərilərdən əlavə ödənişlər almağa başlayacaq. 

"Fins.az" xəbər verir ki, bu barədə şirkət məlumat yayımlayıb

Taksi sifarişi zamanı əlavə ödəniş hər sifariş üçün 0,45 dollardan 0,55 dollara qədər, yemək sifariş edərkən (Uber Eats xidməti) 0,35-0,45 dollar artıq ödəniş hesablanacaq.Hər bir ştatda yanacaq qiymətlərindəki müxtəlif artımlara görə rüsumun məbləği ştatdan ştata dəyişəcək.

Alınan vəsait tam şəkildə sürücülərə və kuryerlərə benzin xərclərini kompensasiya etmək üçün köçürüləcək.Şirkət benzinin qiymətinin artım dinamikasını izləyərək gələcəkdə əlavə tarifin tənzimlənməsi zərurətini qiymətləndirəcək.