DÜNYA

18 Avqust

ABŞ-ın Əfqanıstandan təxliyyə etdiyi insanların sayı açıqlandı

ABŞ hakimiyyəti avqustun 17-də Əfqanıstandan 1,1 minə yaxın ABŞ vətəndaşını, Birləşmiş Ştatlarda yaşamaq icazəsi olan şəxslər və onların ailə üzvlərini təxliyyə edib.

“Fins.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Əfqanıstandan son günlər ərzində ümumilikdə 3,2 mindən çox insan təxliyyə edilib.

“Bu gün ABŞ-ın hərbi reysləri ilə təxminən 1,1 min ABŞ vətəndaşı, daimi ABŞ sakinləri və onların ailə üzvləri təxliyyə edilib. Axını tənzimlədiyimizdə, bu rəqəmlər artacaq”, - məmur deyib.

Çərşənbə axşamı günü ümumilikdə 13 uçuş həyata keçirilib.

“İndiyədək işçilərimiz də daxil olmaqla, 3,2 mindən çox insanı təxliyyə etmişik”, - Ağ Ev nümayəndəsi əlavə edib.