DÜNYA

13 Avqust

Yandex Azbuka Vkusa mağazalar şəbəkəsini almaqdan imtina edib-SƏBƏB

Yandex, "Azbuka Vkusa" ərzaq mağazaları şəbəkəsini almaqdan imtina edib. Fins.az xəbər verir ki,bu barədə cümə axşamı "Kommersant" qəzeti pərakəndə satış bazarındakı mənbəyə və elektron ticarətdəki iki mənbəyə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Yandex satıcılar tərəfindən pərakəndə satış şəbəkəsini həddən artıq qiymətləndirməsi səbəbindən müqaviləni ləğv edib. Qəzet yazır ki, aktivin öyrənilməsi prosesində Yandex öz xidmətləri ilə lazımi sinerji müşahidə etməyib.

Yandex və Azbuka Vkusa nəşrin suallarını cavablandırmaqdan imtina edib. 

İyunun 10 -da The Bell, Yandex -in Azbuka Vkusa mağazalar şəbəkəsini 20 milyard rubla əldə edə biləcəyini bildirmişdi. Mənbələr nəşrə bildiriblər ki, sövdələşmənin məqsədi Azbuka Vkusa və qida çatdırılma xidməti Yandex. Shop -u birləşdirməkdir.

Müəllif: Aynur Qəniyeva