DÜNYA

13 Avqust

Mənzil qiymətlərində rekord artım

ABŞ -da mənzil qiymətləri aşağı faiz səbəbiylə yüksəlib.
Fins.az xəbər verir ki, Milli Rieltorlar Birliyinin(MRB) məlumatlarına görə, orta mənzil qiymətləri  23% bahalaşıb 357 min 900 dollara yüksəlib tarixin ən yüksək həddinə çatıb.

Bir ildən çoxdur ki, aşağı faiz dərəcələri və səhmlərin azalması mənzil bazarını və qiymətləri dəstəkləyir. Ən böyük artım 22 %-lə Şimal -Şərq bölgəsində olub.

Alıcılar ala biləcəkləri mənzil tapa bilmədikləri üçün ölkədə ikinci əl mənzil satışları ardıcıl 4 ay azalıb.MRB Baş İqtisadçısı Lawrence Yun, qiymətlərdə çox böyük artımlar olduğunu, ancaq bu mənzərənin 2022 -ci ilə qədər davam edə bilməyəcəyini bildirib. .

Müəllif:Aynur Qəniyeva