DÜNYA

04 Avqust

Boris Conson Tixanovskaya ilə görüşdü

Böyük Britaniyanın Baş naziri Boris Conson Belarusun müxalifət lideri Svetlana Tixanovskaya ilə görüşüb.

“Fins.az ” Britaniya KİV-nə istinadən xəbər verir ki, görüş bu gün Londonda Dauninq-stritdə yerləşən iqamətgahda baş tutub. 

Görüş zamanı Conson Londonun insan hüquqlarının qorunması məsələsində Belarus xalqını dəstəklədiyini qeyd edib. 

 

Tixanovskaya isə öz növbəsində dünyanın ən güclü ölkələrindən birinin Belarusu dəstəkləməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Svetlana Tixanovskaya bir neçə gün əvvəl ABŞ Prezidenti Co Bayden və bir sıra digər amerikalı rəsmilərlə görüşüb.