DÜNYA

06 İyul

Bezos vəzifəsindən getdi

Jeff Bezos, dünyanın ən böyük onlayn pərakəndə satış müəssisəsinin - "Amazon"un baş direktoru vəzifəsini tərk edib. O, "Amazon" qurucusudur. 

Fins.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəllər Veb Xidmətləri şöbəsini yaradan və rəhbərlik edən Andy Jesse "Amazon"un yeni Baş direktoru təyin edilib.

Bezosun Baş direktor vəzifəsindən getmək niyyəti fevral ayında məlum oldu və May ayında vəzifəsindən 5 iyulda ayrılacağını elan etmişdi.  "Amazon" şirkəti 1994-cü ilin həmin günü qurulub. 57 yaşlı iş adamı vəzifəsindən getdikdən sonra şirkətin idarə heyətinin sədri olaraq qalacaq və səhmlərinin 10%-dən çoxuna sahib çıxmağa davam edəcək.

"Forbes" jurnalının məlumatına görə, Bezos, 177 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı iş adamlarının siyahısına başçılıq edir.

Amazon.com onlayn mağazası 1995-ci ilin iyulunda fəaliyyətə başlayıb. Şirkət, ABŞ-dan əlavə Kanada, Çin, Braziliya, Yaponiya və Avropa ölkələrində fəaliyyət göstərir.