DÜNYA

03 İyun

Daşınmaz əmlak qiymətlərinin artımında Türkiyə liderdir

Daşınmaz əmlak üzrə məsləhət xidmətləri göstərən "Knight Frank" şirkəti tərəfindən hazırlanan qlobal daşınmaz əmlak qiymətləri indeksi Mart ayının sonu etibarı ilə 12 aylıq müddətdə 7,3% artıb.

Fins.az xəbər verir ki, qlobal daşınmaz əmlak qiymətlərindəki bu artım 2006-cı ilin son rübündən bu yana (son 15 ilin) ən yüksək səviyyə olaraq qeydə alınıb. Bu vəziyyət 2008-ci qlobal maliyyə böhranının səbəblərindən biri olan olan daşınmaz əmlak sektorundakı "istiləşməni" yada salıb.

Daşınmz əmlak qiymətləri ən çox artan ölkə Türkiyə olub. Bu dövrdə Türkiyədə daşınmaz əmlak qiymətləri 32% artıb. Türkiyəni ardınca 22,1% artımla Yeni Zelandiya, 16,6% artımla Lüksemburq gəlir.

ABŞ-da daşınmaz əmlak qiymətləri eyni dövrdə 13,2% artaraq 2005-ci ildən bu yana ən sürətli artım olaraq qeydə alınıb.

Asiyada ən böyük qiymət artımı 6,1% ilə Sinqapurda baş verib. Ən bahalı daşınmaz əmlak bazarı Honq Konqda 2,1% qiymət artımı görülüb. 

"Knight Frank" indeksi 56 ölkə və bölgənin qiymətləri ilə əldə edilir.