DÜNYA

05 Aprel

Hakerlər Zukerberqin şəxsi məlumatlarını ələ keçirdi

“Facebook”un qurucusu Mark Zukerberqin telefon nömrəsi, şəxsi məlumatları digər 533 milyon istifadəçinin məlumatları ilə birlikdə sosial şəbəkəyə sızıb.

Fins.az xəbər evrir ki, bu barədə “Nyu-York Post” məlumat yayıb. Bildirilir ki, internetə məlumatları sızan 533 milyon nəfər istifadəçi 106 ölkədəndir. Şəxsi informasiyalar haker forumunda dərc olunub. Məlumatları ələ keçirilən 32 milyondan çox istifadçəi ABŞ-dan, 28 milyondan çoxu Səudiyyə Ərəbistanından, 10 milyonadək olanı isə Rusiyadandır. Söhbət adlardan, yerin təyin olunması, doğum tarixlərindən və başqa məlumatlardan gedir.

 

Zukerberqin məlumatlarının sızmasına diqqəti isə Tvitter istifadəçilərindən biri çəkib. O, öz hesabında forumdan Zukerberqin şəxsi məlumatları olan skrinşotu paylaşıb.