Qış mövsümündə Türkiyə ərazisinə yağan yağışın miqdarı əvvəlki illərlə müqayisədə 16, 2019-cu ilə görə isə 27 faiz azalıb.
Fins.az xəbər verir ki, bununla bağlı ölkənin Meteoroloji Baş İdarəsindən bildirilib.
Mütəxəssislər bunu iqlim dəyişikliyi ilə izah edirlər. Qlobal istiləşmənin nəticəsi olaraq bu il qardaş ölkə ərazisinə düşən yağışın miqdarı əvvəlki illərə nisbətən dəfələrlə azalıb. Ən çox azalma isə Türkiyənin Konya, Əskişəhər, Çankırı, Çorum, Amasya, Kastamonu, Gümüşhanə, Bayburt, Şanlıurfa, Mardin və Artvin ərazilərində müşahidə edilib. Bu ərazilərə yağan yağışın miqdarı illik normadan 40 faizdən az olub. Ən çox yağış isə İzmir vilayətinə düşüb.