Yaponiya hökuməti Şimali Koreyaya qarşı tətbiq etdiyi birtərəfli sanksiyaların müddətini uzadacaq.
Fins.az xəbər verir ki, bu barədə cümə günü Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, ölkə hökuməti bu məsələ ilə bağlı araşdırmalara artıq başlayıb.
Qeyd edək ki, Yaponiya hökumətinin Şimali Koreyaya qarşı tətbiq etdiyi birtərəfli sanksiyaların müddəti apreldə başa çatır. Artıq on ildən çoxdur ki, Yaponiya hökuməti hər ilin aprelində bu sanksiyaların müddətini uzadır.
Xatırladaq ki, Yaponiyanın Şimali Koreyaya qarşı sanksiyaları 2006-cı ildə Pxenyan tərəfindən nüvə sınağı keçirildikdən sonra tətbiq edilib. Bundan sonra həmin qadağalar bir neçə dəfə genişləndirilib.
©azertac