DÜNYA

07 Mart

Baydenin 1,9 trilyonluq dəstək paketi qəbul edildi

ABŞ Prezidenti Co Baydenin COVİD-19-a qarşı tələb olunan 1,9 trilyon dollarlıq iqtisadi dəstək paketi Senat tərəfindən qəbul edilib.

Fins.az xəbər verir ki, qanun layihəsinin qəbul edilməsi 11 saat 50 dəqiqə vaxt aparıb. Bu da ABŞ Senatında rekord göstərici olub.

Qeyd edək ki, iqtisadi dəstək paketinə əsasən, şəxsi təsərrüfatlara 1 trilyon dollar birbaşa ödənilmiş olacaq. 415 milyard dollar COVİD-19-la mübarizəyə və peyvəndlənməyə, 440 milyard dollar kiçik şirkətlərə və sosial təşkilatlara ayrılacaq.