DÜNYA

03 Mart

Səudiyyə Ərəbistanı şahzadəsi “İnter”i alır

İtaliyanın “İnter” klubunun sahibi dəyişə bilər.

Səudiyyə Ərəbistanının dövlət investisiya fondu Milan təmsilçisinin səhmlərini almaqda maraqlıdır.

Asiyalılar ABŞ-ın “Fortress İnvestment Group” investisiya şirkətinin “İnter”i almaqla bağlı ilkin təklifindən sonra klubla maraqlanmağa başlayıb. Səudiyyə Ərəbistanının şahzadəsi Muhammed Ben Salman Al-Saud Milan təmsilçisinin səhmlərinin paketini fond vasitəsilə almağı planlaşdırır.

Qeyd edək ki, şahzadə 2020-ci ildə “Nyukasl” klubunu almaq istəsə də, İngiltərə Futbol Assosiasiyası bu alqı-satqıya icazə verməyib.