ABŞ Konqresinin Senatı ticarət naziri vəzifəsinə Cina Raymondonun namizədliyini təsdiqləyib.
Bu barədə fins.az TASS-a istinadən xəbər verir.
Onu 84 qanunverici dəstəkləyib, 15 senator əleyhinə səs verib.
Tezliklə Raymondo and içəcək. Hazırda o, Rod-Aylend ştatının qubernatorudur, Demokrat Partiyasını təmsil edir. Uzun illər investisiya sahəsində bizneslə məşğul olub.