Türkiyənin fevral ayında ixracı 9,6% artımla 16,01 milyard dollar olaraq reallaşıb. Bu rəqəm bütün zamanların ən yüksək fevral ayı ixrac rəqəmidir.
Fins.az xəbər verir ki, bunu Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, fevral ayı xarici ticarət rəqəmlərini açıqlayıb.
Məlumata görə, ixrac 2021-ci ilin fevral ayında 2020-ci ilin eyni ayı ilə müqayisədə 9,6% artımla 16,01 milyard dollar olaraq reallaşıb. İdxal isə 9,8% artaraq 19,4 milyard dollar olub. Xarici ticarət kəsiri də 3,36 milyard dollar olaraq açıqlanıb.