Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə artıb.
Ötən həftə ABŞ-ın neft ehtiyatları 1,026 mln. barel artaraq təqribən 472,18 mln. barelə yaxın olub.
Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 5,37 min barel azalacağını gözləyirdi.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
© APA