DÜNYA

14 Dekabr

Səudiyyədə neft tankerində partlayış, 22 yaralı var

Bakı 14 dekabr   Fins.az

 

Səudiyyə Ərəbistanında Sinqapur bayraqlı neft tankerində partlayış baş verib.

Fins.az xəbər verir ki, Ciddə limanındakı partlayış nəticəsində 22 heyət üzvü yaralanıb. “Dryad Global” Hərbi Dəniz Kəşfiyyat Agentliyi açıqlamasında ekipajın ağır xəsarət aldığını qeyd edib.

Bildirilib ki, partlayışın səbəbi hələ bilinməsə də, bu, xarici qüvvələr tərəfindən həyata keçirilib.