Sabancı Holding Enerji Qrupu Başçısı Kıvanç Zaimler, 2023-cü ildə təxminən 500 milyon dollarlıq yeni bir investisiya planlaşdırdıqlarını bildirib.
Fins.az xəbər verir ki, Sabancı Holding Enerji Qrupu Başçısı Kıvanç Zaimler, 2023-cü ildə sərmayə qoymağı hədəflədiklərini və yeni investisiyaların təxminən 500 milyon dollar olduğunu bildirib.
Bloomberg HT nəşrinə qatılan Zaimler, Çanaqqala və Aydın bölgələrində ümumi 500 MW və Kayseridə 65 MW gücündə layihələrinin hazır olduğunu bildirib. "Külək investisiyalarımızın 2023-cü ildən etibarən addım-addım işə düşməsini gözləyirik." Zaimler, digər tərəfdən günəş və külək sahəsindəki bərpa olunan enerji investisiyalarındakı imkanları qiymətləndirdiklərini deyib.