Bakı, 30 noyabr Fins.az
ABŞ-dakı Trump administrasiyasının Çin çip istehsalçısı SMIC və neft şirkəti CNOOC-u ordu ilə əlaqəli olduqları səbəbi ilə qara siyahıya salmağa hazırlaşdığı ifadə edilib.
Fins.az xəbər verir ki,ABŞ prezidenti Donald Tramp səlahiyyət müddətinin son günlərində Çinə qarşı təzyiqləri artırmağa davam edir.
Reuters xəbər verir ki, Trump administrasiyası Çinli çip istehsalçısı SMIC və neft şirkəti CNOOC-u hərbi əlaqələri olduğu səbəbindən qara siyahıya salmağı planlaşdırır. Eyni kontekstdə Çin İnşaat Texnologiyaları A.Ş. Ltd. və China International Engineering Consulting Corp. Trump administrasiyasının bu çərçivədə 35 Çin şirkətini qara siyahıya alacağı bildirilir.
Xəbərin ardından CNOOC neft şirkəti Hong Kongda satılan səhmlərinin 9%-dən çoxunu itirib. Şirkətin törəmə şirkəti olan China Oilfield-in səhmləri də 11% ucuzlaşıb.
Sia Energy analitiki Sengyick Tee, sözügedən şirkətin ABŞ-ın qaz və neft tədarük zəncirindəki şirkətlərinə sahib olduğunu, bu səbəblə qara siyahıya alınmanın şirkət üzərində böyük bir təsiri olacağını bildirdi. Analitik Tee də şirkətin ABŞ proqramından istifadə edə bilməyəcəyinə diqqəti cəlb edib.