DÜNYA

27 Noyabr

Bu ölkə Avstraliya şərabına yüksək faizli idxal rüsumu tətbiq edir

Bakı, 20 noyabr Fins.az

Çin Ticarət Nazirliyi, cümə günü Avstraliyadan gələn şərablara 28 Noyabrdan etibarən antidempinq tədbirləri tətbiq edəcəyini açıqlayıb.

Fins.az xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayımlayıb

Məlumata görə,avqust ayında başladılan bir araşdırmaya görə, Avstraliya şərabçılarının Çin bazarına ucuz şərab tədarük etdiklərini və ÇXR-in şərab sənayesinə zərər verdiklərini aşkarlayıb. Nazirlik bildirir ki, idxal rüsumlarının ölçüsü 107,1% ilə 212,1% arasında dəyişəcək.

Bu ilin əvvəlində Çin Avstraliya arpasının 80%-dən çoxuna idxal rüsumları tətbiq edib və bəzi Avstraliyadakı kəsim yerlərindən mal ətinin tədarükünü dayandırılıb deyə  Wall Street Journal məlumat yayımlayıb.

Yeni antidempinq tədbirləri Avstraliya üçün böyük bir zərbə ola bilər, çünki Çin tədarük baxımından Avstraliya şərabçıları üçün lider bazardır. Wine Australia sənaye təşkilatının verdiyi məlumata görə, yanvar-sentyabr aylarında Çinə göndərilən  Avstraliya şərablarının 39% -ni təşkil edib.

Avstraliyanın ən böyük şərab zavodu olan Treasury Wine Estates, cümə günü 11,3%  nisbətində geriləyib

9News xəbər verir ki, Avstraliya Kənd Təsərrüfatı Naziri David Littleproud, ölkənin Çinin qərarına qarşı mübarizə aparacağını bildirib.

"Avstraliya hökuməti istehsalçılarımızın məhsullarını Çinə atması ilə bağlı hər hansı bir ittihamı qətiyyətlə rədd edir və bu iddialar üçün heç bir əsas və dəlil olmadığına inanmağa davam edirik" deyə o qeyd edib. 

Müəllif:Aynur Qəniyeva