DÜNYA

27 Noyabr

Avropa Birliyi  liderləri Rusiyaya qarşı sanksiyaları altı ay uzadacaq

Bakı, 27 noyabr Fins.az

10-11 dekabr tarixlərində keçiriləcək sammitdə 27 AB üzv dövlətinin liderləri, Rusiyaya qarşı 31 yanvar 2021-də bitəcək iqtisadi sanksiyaların altı ay uzadılmasına dair siyasi bir qərar verəcəklər.

Fins.az xəbər verir ki, bu barədə cümə günü TASS müxbirinə Avropa İttifaqı Şurasındakı Avropa ölkələrindən birinin nümayəndə heyətindəki bir mənbə məlumat verib

Gözlənildiyi kimi, zirvə görüşü Minsk danışıqlarının mövzusuna  toxunacaq, bunun çərçivəsində liderlərin sanksiyaların növbəti altı aya qədər uzadılması barədə siyasi qərar verəcəklər.

Diplomatın sözlərinə görə, sammitdə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronun ənənəvi olaraq Minsk liderlərinin razılaşmalarının icrası barədə digər liderləri məlumatlandırması gözlənilir. "Mövzu ilə bağlı xüsusi müzakirələr gözləmirik, vəziyyət açıq olduğu üçün ciddi bir dəyişiklik görmürük"-deyə mənbə məlumat verib.

Müəllif:Aynur Qəniyeva