Bakı, 27 noyabr Fins.az
Fransa və Almaniya, ABŞ və Avropa arasındakı ticarət məsələlərini həll etmək üçün Joe Bayden-in komandası ilə əlaqə qurmağa hazırlaşırlar.
Fins.az xəbər verir ki,Fransa və Almaniya, seçilmiş prezident Joe Bayden komandası ilə erkən əlaqə quraraq Avropa Birliyi ilə ABŞ arasındakı ticarət əlaqələrini normallaşdırmağa çalışır
Fransa üçün ən vacib gündəm, təyyarə istehsalı mübahisəsi səbəbiylə iki ölkə arasındakı məhsullara qoyulan 12 milyard dollarlıq gömrük vergisini həll etməkdir, Almaniya sərbəst ticarət danışıqlarını yenidən başlatmaq istəyir.
Xarici siyasət mütəxəssisi və kansler Merkelin partiyasındakı komitə sədrinin müavini Johann Wadephul, "Söhbətlərə mümkün qədər tez başlamağa hazırıq" deyə qeyd edib. Sonra Fransa Maliyyə Naziri Bruno Le Maire, "Ümid edirəm ki, Bayden rəhbərliyi Avropa ilə ABŞ arasındakı münasibətlər üçün yeni bir başlanğıc təklif edə bilər." deyə vurğulayıb
Almaniyanın, Fransanın və Avropanın birləşdiyi ən vacib məsələ Trump administrasiyasının Avropa polad və alüminium tariflərini qaldırması, rəqəmsal transmilli şirkətlər üçün yeni vergi qaydaları və Dünya Ticarət Təşkilatının islahatıdır.
Müəllif: Aynur Qəniyeva