Bakı, 27 noyabr Fins.az
2020-ci ildə ən yüksək əmək haqqı neft və qaz şirkətləri, ağır sənaye müəssisələri və telekommunikasiya şirkətlərinin rəhbərləri tərəfindən alınır.
Fins.az xəbər verir ki,üst səviyyə idarəçilərin seçilməsində ixtisaslaşmış ən böyük konsaltinq agentliklərinin məlumatları əsasında tərtib edilmiş Forbes jurnalının reytinqi bunu sübut edir.
2020-ci ildə, 3 milyard dollar və ya daha çox gəliri olan neft və qaz şirkətlərinin CEO-larına və prezidentlərinə ödənişlərin orta həcmi keçən il 3.28 milyon dollardan 15% azalaraq 2.79 milyon dollara düşdü. Buna baxmayaraq, neftçilər reytinqin birinci sətrindədirlər, lakin 2013-cü ildə qeydə alınan 3.77 milyon dollarlıq reytinqə çata bilmədilər.
Sıralamada ikinci yeri ağır sənaye sahəsindəki müəssisə rəhbərləri tutur. 2020-ci ildə gəliri 3 milyard dollar olan belə bir şirkət rəhbərinin orta maaşı 1.87 milyon dollardır ki, bu da keçən ildəkindən 5 faiz çoxdur.
İlk 3-lüyə 1 milyard dollar və ya daha çox gəliri olan telekomunikasiya şirkətlərinin rəhbərləri də daxildir - 2020-ci ildə orta ödəniş həcmi 2019-cu illə müqayisədə 2 faiz çox, 1.31 milyon dollardır.
Ən aşağı maaşlar 300 milyon dollar və ya daha çox gəlir əldə edən əczaçılıq şirkətlərinin rəhbərləri arasındadır - orta hesabla ödənişlər keçən il 400 min dollara qarşı 410 min dollar təşkil edib.