DÜNYA

02 Noyabr

Dünya iqtisadiyyatının 41-%-i karbonsuz olacaq

Qlobal ümumi milli məhsulun yüzdə 41-ini təşkil edən ölkələr karbon emissiyalarını sıfıra endirmək üçün hədəflər qoyub.

Fins.az xəbər verir ki, dünyanın ümumi daxili məhsulunun  41%-i və karbon emissiyalarının 44%-ü olan Koreya, Yaponiya, Çin, Avropa Birliyi və İngiltərə, karbon emissiyalarını sıfıra endirmək üçün hədəflərini açıqladı. Beləliklə, fosil yanacaqlardan bərpa olunan enerji mənbələrinə keçid də sürətlənib.

Digər tərəfdən ABŞ, karbon emissiyalarını sıfıra endirmək üçün hələ bir hədəf təyin etməyib. Joe Biden-in prezident seçiləcəyi təqdirdə, 100% təmiz enerji və sıfır karbon emissiyası hədəflərinin 2050-ci ilə qədər təyin ediləcəyi təxmin edilir.

Paris razılaşmasına görə, 2050-ci ilə qədər sıfır karbon emissiyası hədəfinə çatmaq üçün 2010-cu ildə 2030-cu ildə karbon emissiyaları 45% azaldılmalıdır.

197 ölkədən 190-ı rəsmi olaraq Paris sazişini imzalasa da, ölkələrin qoyduğu hədəflərin çoxu hələ də qeyri-kafidir və anlaşmanın məqsədləri ilə uyğun gəlmir.

2019-cu ildə dünyadakı karbon emissiyalarının yüzdə 67-si Rusiya, Yaponiya, Hindistan, AB və Çinin payına düşüb.

Müəllif: Aynur Qəniyeva