DÜNYA

02 Noyabr

İstehsal göstəricisi bərpa olunmağa davam edib

Çində istehlak qiyməti indeksi (PMI) oktyabr ayında 53,6 idi. Beləliklə, ölkədə istehsal sektorundakı canlanma 6-cı ayda da davam edib.Çində istehsal göstəriciləri, iqtisadiyyatda 'V' tipli canlanmanın davam etdiyini göstərir.İstehsal və satınalma indeksi (PMI) oktyabr ayında 53,6 olub.

Fins.az xəbər verir ki, rəqəm, istehsal sektorundakı canlanmanın 6-cı ayda da davam etdiyini göstərir.

Çindəki rəsmi istehsal PMI göstəricilərində, oktyabr ayında bir əvvəlki aya nisbətən bir az eniş müşahid edilib.Ölkənin rəsmi statistika idarəsinin açıqladığı məlumatlara görə, ölkədə rəsmi PMI istehsal məlumatları oktyabr ayında 51.4  olub. Sentyabr ayında bu rəqəm 51.5 olaraq qeyd edilib.

Qeyd edək ki,PMI göstəricilərində 50-dən çoxu sektordakı böyüməni, 50-dən aşağı səviyyələr isə kiçilməni göstərir.

Müəllif:Aynur Qəniyeva