DÜNYA

02 Noyabr

Huawei  yeni çip fabriki tikir

Çin texnologiya şirkəti ABŞ texnologiyasından asılılığını aradan qaldırmaq üçün öz çip fabrikini tikməyi planlaşdırır.

Fins.az xəbər  verir  ki şirkət planlaşdırılan fabrikdə Əşyaların İnterneti və 5G texnologiyası üçün çip istehsal etmək istəyir.
Texnologiyalarda müstəqilliyi əsas götürən Huawei-ın bu zavoduna dair ilk xəbər, ölkənin 5 illik yol xəritəsinin təyin olunduğu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin iclasında açıqlanmışdır.

İngiltərənin Financial Times qəzetinin hesabatına görə, Çin texnologiya şirkəti Huawei, ABŞ texnologiyasından asılı olmayaraq öz çip fabriki qurmağı planlaşdırır. Həm də Amerika texnologiyasız çip istehsalı üçün Şanxayda qurulması planlaşdırılan fabriklə artan ABŞ sanksiyalarını aradan qaldırmaq məqsədi daşıyır.

Məlumata görə, çip istehsalında təcrübəsi olmayan Huawei, Şanxay IC Ar-Ge Mərkəzi adlı şəhər rəhbərliyi tərəfindən himayə olunan bir araşdırma təşkilatından yeni çip fabrikinin tikintisində  dəstək almaq niyyətindədir.

Müəllif:Aynur  Qəniyeva