DÜNYA

01 Noyabr

Türkiyədə otellərdə vergi tətbiq edilməyə başlandı

Türkiyədə 1 noyabrdan etibarən otellərdə vergi tətbiq edilməsinə başlanılır.

“RİA Novosti” bu barədə Türkiyədəki Tur operatorlar Asossiasiyasının təmsilçisinə istinadla xəbər yayıb.

Bildirilir ki, ölkənin turizm sənayesi təmsilçiləri tətbiq olunan yeniliyin koronavirus pandemiyası fonunda dərin böhran səbəbi ilə tədricən təxirə salınacağını gözləyirlər.

Əvvəlcə, bu ilin aprel ayından etibarən yeni 1 faiz vergi tutulmalı idi. Verginin gələn il yanvarın 1-dən iki faizədək artırılacağı təxmin edilirdi.