DÜNYA

01 Noyabr

Gürcüstanda parlament seçkilərinin ilkin nəticələri açıqlandı

Gürcüstanda keçirilən parlament seçkilərinin exit-poll nəticələri açıqlanıb.

Fins.az xəbər verir ki, ABŞ-ın “Public Opinion Strategies” şirkətinin məlumatına görə, 55% səslə “Gürcü arzusu” partiyası liderdir. 23% səslə Vahid Milli Hərəkat Partiyası ikinci yerdə, 3% səslə Avropalı Gürcüstan Partiyası üçüncü yerdədir.

Qeyd edək ki, artıq “Gürcü arzusu” partiyasının mərkəzi qərargahının önündə qələbə ilə bağlı tədbir keçirilir. Partiya ldieri Bidzina İvanaşvili bu münasibətlə siyasi həmfikirlərini təbrik edib.