DÜNYA

30 Oktyabr

Avrozona iqitsadiyyatında son 25 ilin ən kəskin rüblük artımı qeydə alınıb - CƏDVƏL

Bu ilin III rübündə Avozonada ÜDM əvvəlki rüblə müqayisədə 12,7% artıb. Bu, 1985-ci ildən bəri Avrozona statistikası tarixində qeydə alınan ən kəskin rüblük artımdır.

Fins.az xəbər verir ki, ötən ilin eyni rübü ilə müqayisədə Avrozona iqtisadiyyatı 4,3% azalıb. Cari ilin II rübündə Avrozonada ÜDM illik müqayisədə 14,9%, I rübdə isə 13,9% azalıb. Avrozona üzrə makroiqtisadi proqnozlar 13 noyabr tarixində yenilənəcək.

Qeyd edilir ki, COVID-19 pandemiyası ilə bağlı olan məhdudlaşdırıcı tədbirlərinin qaldırılması III rübdə iqtisadi artıma təkan versə də, virusun yenidən yayılması və bir çox Avropa ölkəsinin yenidən sərt karantin qaydalarına qayıtması potensial iqtisadi artıma kölgə salır.

Statistik məlumatları artıq hazır olan Avrozona ölkələrinin ÜDM dinamikası:

Ölkələr

ÜDM-in rüblük dinamikası, %

ÜDM-in illik dinamikası, %

 

II rüb, 2020-ci il

III rüb, 2020-ci il

II rüb, 2020-ci il

III rüb, 2020-ci il

Belçika

-11,8

10,7

-13,9

-5,2

Çexiya

-8,7

6,2

-10,9

-5,8

Almaniya

-9,8

8,2

-11,2

-4,2

İspaniya

-17,8

16,7

-21,5

-8,7

Fransa

-13,7

18,2

-18,9

-4,3

İtaliya

-13,0

16,1

-17,9

-4,7

Latviya

-7,1

6,6

-8,6

-3,1

Litva

-5,9

3,7

-4,6

-1,7

Avstriya

-12,1

11,1

-14,5

-5,3

Portuqaliya

-13,9

13,2

-16,4

-5,8

© APA