DÜNYA

30 Oktyabr

Avrozonanın iqtisadiyyatında rekord artım

Avrozonada iqtisadiyyatda üçüncü rübdə rekord artım qeydə alınıb

Fins.az xəbər verir ki, Avropada koronavirusa yoluxma saylarının artması və sərtləşdirmə tədbirləri, Avrozonadakı iqtisadiyyatı və müəssisələri yenidən təhdid edir.

Sözügedən dövrdə Avrozonadakı böyümə 12,7% idi və iqtisadçıların 9,6% proqnozunu keçib. Fransa, İtaliya və İspaniyada böyümə ikirəqəmli idi. Almaniya 8,2% böyüyüb.

Koronavirüsə qarşı görülən tədbirlər nəticəsində iqtisadi fəaliyyət dayanıb və ÜDM rəqəmlərində kəskin azalma olub.

Güclü böyümə rəqəmlərinə baxmayaraq, indiki göstəricilər daha pessimist bir mənzərə çəkir. Çünki iqtisadiyyat yenidən tənəzzülə uğramaq riski altındadır. İnflyasiya səviyyəsi sıfırın altındadır və artan təhlükənin fərqində olan Avropa Mərkəzi Bankı (ECB) dekabr ayında daha çox təşviq siqnalını verib.

Müəllif: Aynur Qəniyeva