DÜNYA

30 Oktyabr

Fransa hökuməti 2020-ci il üçün ÜDM proqnozunu 11%-ə endirdi

Fransa hökuməti, pandemiyaya qarşı yönəlmiş yeni məhdudiyyətlərin təsirini nəzərə alaraq 2020-ci il üçün ÜDM proqnozunu aşağı saldı. Avrozonadakı ikinci böyük iqtisadiyyatın 2020-ci ildə bir əvvəlki ilə nisbətən 11% azalacağı gözlənilir.

Fins.az xəbər verir ki,bunu Fransa İqtisadiyyat Naziri Bruno Le Maire cümə günü “France Inter” radiostansiyasına verdiyi müsahibəsində deyib. Əvvəlki proqnoz ÜDM-də 10% azalma nəzərdə tuturdu.

“Məhdudiyyətlər səbəbindən, dördüncü rüb bizim üçün problemli olacaq” deyə Le Maire qeyd edib.Eyni zamanda o, üçüncü rübdə iqtisadiyyatın "güclü bərpası" səbəbindən proqnozun endirilməsini "mülayim" adlandırıb.

İnsee agentliyi tərəfindən cümə günü yayımlanan ilkin məlumatlara görə, 3-cü rübdə II rüblə müqayisədə Fransanın ÜDM-i 18,2% artıb, ikinci rübdə 1-ci rüblə müqayisədə isə 13,7% azalıb.